Avtomobilin vurduğu piyada xəstəxanada keçindi
21 may 2020 09:11 (UTC +04:00)

Avtomobilin vurduğu piyada xəstəxanada keçindi

Bakıda ölümlə nəticələnən yol olub.

Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu S. Axundov küçəsində qeydə alınıb.

Yevlax rayon sakini Rəşad Şıxıyev idarə etdiyi "BMW" markalı avtomobillə 64 yaşlı Rahid Məmmədovu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, piyada xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol-istismar qaydaların pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1693
avatar

Mehman Nəbiyev

Oxşar yazılar