Avtomobil ağaca çırpıldı: 1 nəfər ölüb
27 iyun 2020 13:22 (UTC +04:00)

Avtomobil ağaca çırpıldı: 1 nəfər ölüb


Ağcabədidə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-YA verilən məlumata görə, iyunun 26-da saat 20 radələrində Ağcabədi rayonunun Hüsülü kəndi ərazisində kənd sakini Nurlan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili ağaca vurub. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2542
avatar

Oxşar yazılar