"8 Mart" günü qadının maşınını qaçırıb qəza törətdi - BAKIDA
10 mart 2022 14:35 (UTC +04:00)

"8 Mart" günü qadının maşınını qaçırıb qəza törətdi - BAKIDA

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə martın 8-də rayon ərazisindəki avtoyuma məntəqələrinin birindən Bakı şəhər sakini G.Novruzovaya məxsus “Chevrolet” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş R.İbrahimovun həmin gün saat 23 radələrində Zabrat yolunda yol-nəqliyyat hadisəsi törətməsi müəyyən olunub. R.İbrahimov polis əməkdaşları tərəfindən saxlanıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır. 

# 1464
avatar

Mehman Nəbiyev

Oxşar yazılar