Bakıda məktəbli qızı zorlayan şəxslərdən ikisi tutulub
Baş Prokurorluq Bakıda 15 yaşlı qızın zorlanması faktı ilə əlaqədar rəsmi məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən eksklüziv məlumatda bildirilir ki, Bakı şəhər sakini, 17 iyun 1995-ci il tarixdə anadan olmuş, Nərxanım Əmiraslanova (ad və soyad şərtidir) naməlum şəxslər tərəfindən zorlanması barədə 22 fevral 2011-ci il tarixdə Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə müraciət edib.
Dərhal Nərxanım Əmiraslanovanın ərizəsi üzrə toplanmış materiallar fevralın 23-də aidiyyəti üzrə araşdırılması üçün Xətai rayon prokurorluğuna göndərilib. Rayon Prokurorluğu tərəfindən ilkin araşdırma zamanı N.Əmiraslanovanın fevralın 8-dən 19-dək tanımadığı taksi sürücüsünün idarə etdiyi avtomaşınla Mehdiabad qəsəbəsi, Xətai rayonunun UPD qəsəbəsi və digər ünvanlarda ona məlum olmayan evlərə aparılaraq orada həmin taksi sürücüsü və digər naməlum şəxslər tərəfindən fiziki zor tətbiq etməklə ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilməsi müəyyənləşib.
N.Əmiraslanovanın cinsi və sair fiziki zorakılığa məruz qalmasının müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertizası təyin edilib və ekspertizanın ilkin rəyində həmin şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətləri edilməsi təsdiqlənib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə istintaqın davam etdirilməsi Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsinə tapşırılıb.
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən 1980-ci ildə anadan olmuş Teymurov Babamir Etibar oğlu və 1990-cı ildə anadan olmuş Rəsulov Sadiq Rasim oğlu tutulub, həmçinin cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, fevralın 23-də Bakının Xətai rayon Prokurorluğundan Lent.az-a Nəsimi rayon sakini, 1995-ci il təvəllüdlü qızın fevralın 8-dən 19-dək müxtəlif vaxtlarda bir neçə şəxs tərəfindən cinsi istismara məruz qalması ilə bağlı məlumat verilib.
Bu barədə hüquq-mühafizə orqanlarına həmin qızın qardaşı xəbər verib. Qeyd olunur ki, həmin vaxt ərzində, yəni fevralın 8-dən 19-dək qızın harada olmasını araşdıran qardaş onun həmin müddətdə bir neçə dəfə müxtəlif şəxslər tərəfindən zorla cinsi əlaqəyə məcbur edildiyini öyrənib.
Nizam RZA

1219