İki nəfərin qatilinə 12 illik həbs cəzası verildi
Təqsirləndirilən şəxs arvadını və qayınatasını öldürüb
Sentyabrın 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə arvadını və qayınatasını öldürən şəxsə hökm oxunub.
Lent.az-ın məlumatına görə, hakim Ağababa Babayevin sədrliyi ilə keçirilən prosesdə Bakı şəhəri Binəqədi rayon sakini İmamverdi Xudaverdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə ittiham olunaraq 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, İ.Xudaverdiyev 7 mart 2009-cu ildə qayınatası Aqil Məmmədovun yaşadığı ünvan gedərək ailə-məişət və qohumluq münasibətlərinin pozulması zəminində arvadı Gülnarə Xudaverdiyevanı və A. Məmmədovu küt alətlə başlarından vuraraq qətlə yetirib və hadisə yerindən qaçıb.
Fərid Əkbərov

Oxşar yazılar

Mağazadan 14, evdən 10 minlik OĞURLUQ
9 iyul 2025 , 16:26
Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM
9 iyul 2025 , 15:27
Qanunsuz işləyən "Ford" aşdı, 24 nəfər yaralandı - YENİLƏNİB
9 iyul 2025 , 15:20
Rüşvət alan yüksək rütbəli polislərə HÖKM OXUNDU
9 iyul 2025 , 15:13
Şəki-Oğuz yolunda QƏZA: yaralılar var
9 iyul 2025 , 15:00
Abşeronda kişini şəkilləri ilə şantaj etdilər
9 iyul 2025 , 14:44
Sumqayıtda gənc oğlan 63 yaşlı qadını döyüb pullarını aldı
9 iyul 2025 , 14:32