Bir gündə 5 nəfər boğulub
13 iyul 2009 11:30 (UTC +04:00)

Bir gündə 5 nəfər boğulub

İyulun 12-də saat 15.00 radələrində Əzizbəyov rayonu Zaqulba çimərliyində Buzovna qəsəbə sakini Abdulla Abdullayev dənizdə çimərkən suda boğulub.

Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, araşdırmalar aparılır.
Eyni gün saat 23.45 radələrində Əzizbəyov rayonu Mərdəkan çimərliyində Bakı şəhər sakini Qismət Babayev dənizdə çimərkən suda boğulub, araşdırmalar aparılır.
Həmin gün saat 20.30 radələrində Xaçmaz rayon sakini Tural Quluzadə Əzizbəyov rayonu Sahil küçəsindəki "Uğur" çimərliyində dənizdə, saat 20.30 radələrində Bakı şəhər sakini Cəmil Xəlilov Siyəzən rayonunun Balaca Həmyə kəndi ərazisində dənizdə, saat 13.00 radələrində Digah kənd sakini Elman Həşimov Lənkəran şəhəri Osaküçə kəndi ərazisində su anbarında çimərkən boğulublar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 785

Oxşar yazılar