Müsavatda keçmiş deputatla gənc publisist arasında dava düşüb
Lent.az-ın məlumatına görə, bu gün Müsavat Partiyasının yeməkxanasında keçmiş deputat Pənah Hüseynlə yazıçı-publisist Qan Turalı arasında söhbət zamanı mövzu ilə bağlı mübahisə yaranıb. Mübahisəni kənardan izləyən bir nəfər isə Qan Turalının P.Hüseynə dediyi iradlara sərt şəkildə etiraz edib: “Sən kimsən ki, özündən böyüklə belə danışırsan”. Sonra bu adam gənc yazarın yaxasından yapışaraq, onunla əlbəyaxa olub. Yeməkxanada olan partiya üzvlərinin müdaxiləsi nəticəsində həmin şəxsin Qan Turalını vurmasına imkan verilməyib. Vəziyyətin gərginləşdiyini anlayan P. Hüseyn isə baş verənlərə müdaxilə edib, həmin adamın yeməkxanadan çıxarılmasını tələb edib və bu şəxs oradan çıxarılıb.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Qan Turalı deyib ki, Pənah Hüseynə həmişə siyasi fəaliyyəti ilə bağlı iradları olub: “Partiyanın yeməkxanasında Pənah Hüseynə dedim ki, sən Milli Məclisin 5 il deputatı olmusan, orada bir dəfə də olsun qapını çırpıb getməmisən. Amma Müsavat Partiyasının başqanı İsa Qəmbərin tədbirində qapını çırpıb gedirsən. Mübahisə də bunun üstündə düşdü”.
Gənc yazıçı bildirib ki, bu yüngülvarı bir polemika olub: “Adətən siyasi polemikalarda gərginlik çox olur, bunu başa düşmək olar. Həmin şəxsi mən tanımıram. Bildiyimə görə, nə Müsavat, nə də Xalq Cəbhəsinin üzvü deyil. Amma onu tanıyırlar”.
Qan Turalı baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmək niyyəti olmadığını da söyləyib.
Pənah Hüseyn isə bildirib ki, Müsavat Partiyasının qərargahında 7 noyabrda keçirilən parlament seçkisinin nəticələrindən narazı qalan sabiq deputatlığa namizədlərin forumu keçirilən zaman qurumun yeməkxanasında çay içirmiş: “Qan Turalı ilə əvvəlkindən fərqlənməyən söhbət edirdik. Burada hansısa polemikadan söhbət gedə bilməz. Bizim söhbətimizi başa düşməyən bir cavan oğlan Qan Turalıya etiraz edib. Bizim tərəfimizdən ona sakit ol deyilib və o da sakit olub. Həmin adamı tanıyıram, yaxşı oğlandır. Lakin onunla bağlı olmayan söhbətə qarışdığı üçün böyük səhv edib”.
Ramil Məmmədli

451