Baş prokuror zorlandığını deyən 18 yaşlı qızla bağlı xüsusi tapşırıq verib
0
0
İş Balakən rayon Prokurorluğundan alınıb, Şəki rayon Prokurorluğuna göndərilib
Qohumu tərəfindən zorlandığını iddia edən Günel (ad şərtidir) adlı Balakən rayon sakininin şikayət ərizəsi ətrafında toplanmış materiallar Baş prokuror Zakir Qaralovun xüsusi tapşırığına əsasən yoxlamanın davam etdirilməsi məqsədilə Şəki rayon Prokurorluğuna göndərilib. Bu barədə Lent.az-a Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, hazırda araşdırma Şəki rayon Prokurorluğu tərəfindən aparılır: “Həmin materiallar fevralın 10-da Şəki rayon Prokurorluğuna daxil olub. O vaxtdan etibarən araşdırmalar aparılır və yoxlamanın nəticəsi barədə vətəndaşa müvafiq cavab veriləcək”.
Qeyd edək ki, buna qədər iş Balakən rayon Prokurorluğunda araşdırılırdı.
Xatırladaq ki, Günel Lent.az-a verdiyi geniş açıqlamada həmkəndlisi Ramiz Əfəndiyev tərəfindən qaçırıldığını, iki uşaq atası olan 30 yaşlı qohumu Kənan tərəfindən zorlandığını, günahkarların Balakən rayon Polis İdarəsinin yüksək rütbəli əməkdaşlarından olan Qənaət İbrahimov tərəfindən himayə olunduğunu iddia edib. Günel 1990-cı il təvəllüdlüdür.
Pərvin ABBASOV

Oxşar yazılar

Zaqatalada 40 yaşlı kişi körpüdən çaya düşdü - VİDEO
7 sentyabr 2025 , 22:18
Ağdaşda avtomobil aşdı, sürücü öldü
7 sentyabr 2025 , 21:14
Ermənistanda iki qardaş restoranda intihar etdi
7 sentyabr 2025 , 19:00
Şəmkirdə təcili yardım avtomobili minik maşını ilə toqquşdu, yaralılar var
7 sentyabr 2025 , 18:20
Goranboyda yük maşını mağazaya çırpıldı, yaralı var -FOTOLENT
7 sentyabr 2025 , 18:04
Gəncədə FACİƏ: ev uçdu, usta öldü -FOTOLENT -YENİLƏNİB
7 sentyabr 2025 , 16:37