Generalın qatilinin fotorobotu hazırdır! - EKSKLÜZİV
Qətlin hansı şəraitdə baş verməsinə müəyyən qədər aydınlıq gətirilib
Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevi qətlə yetirən şəxsin fotorobotu hazırlanıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, aparılan təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində generalın qətli ilə bağlı bir sıra irəliləyişlərə nail olunub. Belə ki, artıq hadisə baş verən ərazidə quraşdırılmış təhlükəsizlik kameraları vasitəsilə qətlin hansı şəraitdə baş verməsinə müəyyən qədər aydınlıq gətirilib. Məlumata görə, hadisə baş verən gün ərazidə olan təhlükəsizlik kameralarının və şahid ifadələrinin köməkliyi ilə artıq qətli törədən şəxsin fotorobotu da hazırdır. Generalı qətlə yetirən şəxsin orta yaşlı şəxs olduğu bildirilir. Lakin istintaq sirri olduğundan cinayətkarın fotorobotu hələlik ictimaiyyətə təqdim olunmur. Hazırda əməliyyat qrupu həmin şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Xatırladaq ki, Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayev fevralın 11-də, saat 07.30 radələrində, yaşadığı Yasamal rayonu İnşaatçılar prospekti, 533-cü məhəllədə yerləşən evindən 300-400 metr aralıda, İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 saylı orta məktəbin yaxınlığında odlu silahla qətlə yetirilib. Məlum qətl hadisəsi ilə əlaqədar Respublika Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və toxumalarından istifadə etmə məqsədilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Qeyd edək ki, Rail Qurban oğlu Rzayev 1945-ci ildə Salyan rayonunda anadan olub. 1966-cı ildə Vladiqavqaz Zenit-Raket Komandanları Məktəbini bitirib. Keçmiş Sovet ordusunun Azərbaycanda yerləşən zenit-raket birliklərində xidmətini davam etdirib. 1989-1992-ci illərdə Bakı Hava Hücumundan Müdafiə Dairəsinin balansındakı Hava Hücumundan Müdafiə Qoşunlarının Bakı Təmir Bazasının rəisi vəzifəsində çalışıb. 1992-ci ildə Azərbaycan Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı təyin olunub. Qarabağda gedən döyüşlərdə iştirak edib. 1994-cü ildən eyni zamanda Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub. 2004-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə ona general-leytenant hərbi rütbəsi verilib. Azərbaycanın bir sıra orden və medalları ilə təltif olunub. 3 övladı var.
Hafiz Heydərov

1472