İki hərbçini öldürən əsgərlərə ömürlük həbs cəzası
İyunun 7-də Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə bir çox ağır cinayətdə təqsirləndirilən hərbçilərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə tağım komandirini və onun müavinini qətlə yetirməkdə və digər əməllərdə təqsirləndirilən hərbi qulluqçulara hökm oxunub. Hökmə əsasən, Emin Sahib oğlu Rəhimov və Toğrul Qulu oğlu Bağırov ömürlük müddətə azadlıqdan məhrum ediliblər. Yusif Oqtay oğlu Yusifov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Azərbaycan Ordusunun “N” saylı hərbi hissəsinin əsgərləri Yusif Yusifov, Emin Rəhimov və Toğrul Bağırov qabaqcadan əlbir olub döyüş şəraitində yerləşən tağımın dayaq məntəqəsində əsgərlərə qarşı əvvəllər törətdikləri qeyri-əxlaqi zorakılıq hərəkətləri faktı üzrə ilkin araşdırmanı aparan tağımın komandiri, leytenant Elşən Şəmil oğlu Tağıyevi və tağım komandirinin müavini, gizir Ramal Vəlihəd oğlu Əmrahovdan qisas almaq məqsədi ilə öldürmək qərarına gəliblər. Onlar iki hərbçini qətlə yetiriblər.
Qeyd edək ki, təqsirləndirilən hərbçilər AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120. 2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 180.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən soyğunçuluq törədildikdə), 180.2.2 (soyğunçuluq təkrar törədildikdə), 180.2.4 (insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə), 180.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətlər təkrar törədildikdə), 29, 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətlər təkrar törədilməyə cəhd), 330.3 (bir qrup şəxs tərəfindən rəisə qarşı zorakı hərəkətlər etmə), 329.3 (silah tətbiq etməklə rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərmə törədildikdə), 331.2 (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etməsi), 331.3 (Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi), 332.2.1 (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma təkrar törədildikdə), 338.1 (. Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə), 341.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham olunublar.
Fərid Əkbərov

439