
Xəstəxanadan qaçan nardaranlı qatil tutuldu - YENİLƏNİB
Xəstəxanadan qaçan Nardaran sakini tutulub. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Faiq Əhmədovun yaşadığı Nardaran qəsəbəsində gizləndiyi məlum olub. F. Əhmədov polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, məlum qətl hadisəsi avqustun 19-u gecə saat 02.30 radələrində Bakının Nardaran qəsəbəsində qeydə alınıb. Nardaran qəsəbə sakini, 1992-ci il təvəllüdlü Günel Əhmədovanın bıçaqlanaraq qətlə yetirilmiş meyiti yaşadığı ünvanda tapılıb. Onun atası, əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Faiq Əhmədov isə bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, narkotik istifadəçiləri olan F. Əhmədovla qızı Günel arasında mübahisə düşüb. Yüksək narkotik təsirində olan qız atasına bıçaqla xəsarət yetirib. Daha sonra isə atası qızını bıçaqlayaraq öldürüb. Bıçaq xəsarəti ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən Faiq Əhmədov oradan qaçıb.
***
23 Avqust 2012 17:53
Azərbaycanda qızını qətlə yetirən şəxs xəstəxanadan qaçıb. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib.
Məlumata görə, Nardaran qəsəbə sakini, 1966-cı il təvəllüdlü Faiq Əhmədov müalicə aldığı 3 saylı Şəhər Klinik Xəstəxanasından qaçıb. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, məlum hadisə avqustun 19-u gecə saat 02.30 radələrində Bakının Nardaran qəsəbəsində qeydə alınıb. Nardaran qəsəbə sakini, 1992-ci il təvəllüdlü Günel Əhmədovanın bıçaqlanaraq qətlə yetirilmiş meyiti yaşadığı ünvanda tapılıb. Onun atası, əvvəllər məhkum olunmuş, 1966-cı il təvəllüdlü Faiq Əhmədov isə bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, narkotik istifadəçiləri olan F. Əhmədovla qızı Günel arasında mübahisə düşüb. Yüksək narkotik təsirində olan qız atasına bıçaqla xəsarət yetirib. Daha sonra isə atası qızını bıçaqlayaraq öldürüb.
Baş vermiş hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Oxşar yazılar
Bakıda gölün ətrafında yanğın baş verdi - VİDEO
16 iyul 2025 , 03:41
Yeni sadə müalicə yüksək qan təzyiqini azalda bilər
16 iyul 2025 , 02:27
Cəlilabadda dağlıq ərazi yanıb, bir nəfər tüstüdən boğulub - VİDEO -YENİLƏNİB
15 iyul 2025 , 21:02
Şirvanda kişi yaşadığı evin həyətində ölü tapıldı
15 iyul 2025 , 19:33
Erməni konyaklarının 85 faizi saxta çıxdı - BÖYÜK ARAŞDIRMA
15 iyul 2025 , 18:11
“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı
15 iyul 2025 , 18:07
Bəy-gəlindən başqa hamı o tortdan zəhərləndi
15 iyul 2025 , 17:57