Zelenski dərhal yeni silahlar istəyib
31 yanvar 2023 04:08 (UTC +04:00)

Zelenski dərhal yeni silahlar istəyib

Ukraynanın şərqindəki Baxmut, Uqledar və digər şəhərlər Rusiyanın davamlı hücumları altındadır.

Lent.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, Prezident Vladimir Zelenski ölkəsinin sürətləndirilmiş silah təchizatına və yeni silah növlərinə ehtiyacı olduğunu bildirib. 

Prezident televiziya ilə çıxışında Donetsk vilayətinin şərqində vəziyyətin çox ağır olduğunu etiraf edib. Dövlət başçısı Rusiyanın hücumlarına qarşı çıxmaq üçün ölkəyə yeni silah növlərinin çatdırılmasına ehtiyac olduğunu vurğulayıb.

Zelenski həmçinin bildirib ki, Rusiyanın Paris 2024 Olimpiadasında iştirakına icazə verilsə, bu, “terrorun müəyyən dərəcədə məqbul olduğunu” nümayiş etdirmək anlamına gələcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1557
avatar

Oxşar yazılar