Yaponiyada güclü yağışların səbəb olduğu sürüşmə fəlakətə çevrilib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 3 nəfər ölüb, 20 nəfər isə itkin düşüb. Rəsmi olmayan məlumatlara görə, itkin düşənlərin sayı 80-dir. Onların barəsində heç bir məlumay yoxdu.
Yaponiyada ilin bu vaxtlarında güclü yağışlar olduğundan, hökumət tez-tez vətəndaşları sel səbəbi ilə evlərini boşaltmaları üçün xəbərdar edir.
Sürüşmənin olduğu Şizuoka əyalətindəki Atami şəhəri paytaxt Tokiodan 90 km uzaqlıqda yerləşir.
Sevinc Nurəddinova