“Bəziləri bilərəkdən Rusiya ilə Azərbaycan münasibətlərində bizə qarşı hərbi-siyasi təzyiqin artması məsələsini həddindən artıq şişirdirlər”.
Bu açıqlamanı APA-ya Azərbaycan Milli Məclisinin birinci vitse spikeri, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.
O qeyd edib ki, pərdə arxasındakı reallıq ondan ibarətdir ki, artıq Rusiyanın Azərbaycan hakimiyyəti ilə münasibəti müsbətə doğru xeyli inkişaf edib: “Bizim Rusiya ilə çox yaxşı əlaqələrimiz var və bundan sonra da daha yaxşı inkişaf edəcək. Həqiqətən də 90-cı illərin sonuna qədər Rusiya ilə Azərbaycan arasında anlaşılmazlıqlar olub, lakin artıq bu, aradan qalxıb. Amma cənab Putinun hakimiyyətə gəlişindən sonra həqiqətən Azərbaycanla Rusiya arasında çox gözəl münasibətlər formalaşıb”.