Yunan fermer mühacir işçiləri güllələyib
19 aprel 2013 05:13 (UTC +04:00)

Yunan fermer mühacir işçiləri güllələyib

Yunanıstan hökuməti Manolada qəsəbəsinin yaxınlığındakı fermer təsərrüfatında baş vermiş güllələnmənin tezliklə araşdırılacağını vəd edib.


Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, olay nəticəsində  fermer təsərrüfatında çalışan  27 miqrant yaralanıb.

 

Əsasən Banqladeşdən olan 200-ə yaxın işçi əmək haqlarının verilməsini tələb edəndə briqada başçıları onları atəşə tutub.

Məlumatlara əsasən, çiyələk yığan mühacirlər 6 aydır əmək haqlarını ala bilmir.
 

Fermer istintaq çərçivəsində artıq həbs edilib.

 

# 646
avatar

Oxşar yazılar