Yüksək çinli erməni diplomat Rusiyanı hədələdi
23 avqust 2013 01:17 (UTC +04:00)

Yüksək çinli erməni diplomat Rusiyanı hədələdi

“Əgər Rusiyadan Azərbaycana silah satışına “sadəcə biznes” kimi baxırlarsa, onda Ermənistanın Avropa Birliyi ilə Assosiativ saziş bağlaması da biznes kimi qəbul edilməlidir”.

 

ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu fikri Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan “Armnews” telekanalına müsahibəsində bildirib.

Daha sonra Şavarş Koçaryan daha sonra Rusiyanı sətiraltı sözlərlə hədələyib və Rusiya ilə yollarının ayrıla biləcəyini vurğulayıb: “Ermənistanın düşdüyü mürəkkəb geosiyasi durumu nəzərə alaraq, ölkə hakimiyyəti xarici bazarlara, o cümlədən Avropa çıxmaq üçün yollar axtarır”.

Şavarş Koçaryanın bu sözləri sosial media səhifələrində ermənilər tərəfindənböyük dəstək görüb. “Əhsən Şavarş, axır ki, Rusiyanı yerində oturtdun”,- deyə erməni istifadəçilər yazıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1112
avatar

Oxşar yazılar