Yol qəzası zamanı doğulan körpə sağ qalıb
06 avqust 2013 07:30 (UTC +04:00)

Yol qəzası zamanı doğulan körpə sağ qalıb

İsveçin Yevl şəhərində avtomobil küveytdən aşıb. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ailənin 7 üzvü və yeni doğulmuş körpə qız sağ qalıb.

 

Müxlis Rəhimin iki uşağı və hamilə xanımı ilə birlikdə idarə etdiyi avtomobil aşaraq, 4 dəfə çevrilib. Buna səbəb doğuş sancısı çəkən həyat yoldaşı olub. Onun diqqəti xanımının ağrılarında olduğundan avtomobili idarə etməni itirib.

 

Maşın aşarkən uşaq dünyaya gəlib. Rəhimin sözlərinə əsasən, onlar yeni doğulmuş körpəni olaydan sonra avtomobilin oturacağının altında aşkarlayıb.

 

Körpə qız sağ-salamat Yevl xəstəxanasındadır. Onun sağlıq durumunun sabit olduğu bildirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1222
avatar

Oxşar yazılar