Yerevanda xlordan kütləvi zəhərlənmə baş verib.
Lent.az-ın news.am-a istinadən xəbərinə görə, hadisə hotellərdən birində baş verib. Hotelin hovuzunda çimən 13 nəfər xlordan zəhərlənib.
Həmin şəxslər xəstəxanaya yerləşdirilib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.