Sabah 29 min abonent qazsız qalacaq
13 avqust 2026 16:47 (UTC +04:00)

Sabah 29 min abonent qazsız qalacaq

0

Sabah Sumqayıt şəhərində bəzi ərazilərin qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.

Lent.az xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, şəhərin Heydər Əliyev prospektində korroziyaya uğramış diametri 159 mm olan yeraltı ortatəzyiqli qaz xəttinin 225 mm-lik polietilen qaz xətləri ilə əvəzlənməsi ilə əlaqədar yeni çəkilmiş xətlərin qaz mənbəyinə qoşulması məqsədilə təmir işləri aparılacaq.

Bununla əlaqədar avqustun 14-də saat 10:00-dan "Şəhər-1" diametri 315 mm olan yeraltı ortatəzyiqli qaz xəttinin bir hissəsində qaz təchizatı dayandırılacaq.

Nəticədə Sumqayıtın 1, 2, 3, 4, 5, 7-8-9, 12, 14, 15, 16, 17, 18, 19, 20, 21, 29, 34 və 49-cu məhəllələri, 1, 2, 5 və 6-cı mikrorayonları, Qızılqum və "Betonzavod" əraziləri, həmçinin İnşaatçılar qəsəbəsində yaşayan ümumilikdə 29 min abonentin qaz təchizatında məhdudiyyət yaranacaq.

Qaz təchizatı işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 224

Oxşar yazılar