Gen Z yeni pul trendi  başlatdı: “Gələcək üçün yox, bu gün üçün yaşa”
14 avqust 2026 02:34 (UTC +04:00)

Gen Z yeni pul trendi başlatdı: “Gələcək üçün yox, bu gün üçün yaşa”

0

Gen Z arasında “soft saving” adlanan yeni maliyyə trendi yayılır və gənclər gələcək üçün maksimum pul toplamaq əvəzinə həyat keyfiyyətinə daha çox vəsait ayırmağa başlayırlar.

Lent.az xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

“Soft saving” ənənəvi qənaət modelindən fərqli olaraq insanın bütün gəlirini gələcək üçün toplamasını nəzərdə tutmur. Bu yanaşmanı seçənlər əsas xərclər və müəyyən qənaətdən sonra səyahət, hobbi, əyləncə və şəxsi rahatlıq üçün də pul ayırmağa üstünlük verirlər.

Mütəxəssislər bu trendin gənclərin yüksək yaşayış xərcləri və gələcəklə bağlı qeyri-müəyyənlik fonunda maliyyə prioritetlərini dəyişməsi ilə əlaqəli olduğunu bildirirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar