Müğənni mühafizəçiyə əsəbiləşdi: “Sənə bir şillə vuraram”  - VİDEO
13 avqust 2026 18:32 (UTC +04:00)

Müğənni mühafizəçiyə əsəbiləşdi: “Sənə bir şillə vuraram” - VİDEO

0

Türkiyəli müğənni Yıldız Tilbe Çeşmədə verdiyi konsertdən sonra yaşanan gərginliklə gündəmə gəlib.

Lent.az xəbər verir ki, tədbir məkanını tərk edən sənətçi ilə təhlükəsizlik əməkdaşı arasında qısa mübahisə baş verib.

İddiaya görə, mühafizəçinin yüksək səslə danışması Yıldız Tilbeni əsəbiləşdirib. Müğənni həmin şəxsdən uzaqlaşmasını istəyərək sərt ifadələr işlədib.

“Gəlib qulağımın dibində qışqırır. Sənə bir şillə vuraram, gedərsən. Çəkil!”, – deyə Tilbe bildirib.

Gərginlik uzun çəkməyib və sənətçi daha sonra ərazidən uzaqlaşıb. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra Yıldız Tilbenin təhlükəsizlik əməkdaşına ünvanladığı sözlər müzakirələrə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 264

Oxşar yazılar