Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul şəhərindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili yolu keçən Şirvan sakini, 1966-cı il təvəllüdlü Valeh Hüseynovu vurub. Ağır xəsarətlər alan piyada xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.