IV Şuşa Qlobal Media Forumunda  media diplomatiyasının rolu müzakirə olundu
14 iyul 2026 12:14 (UTC +04:00)

IV Şuşa Qlobal Media Forumunda media diplomatiyasının rolu müzakirə olundu

0

IV Şuşa Qlobal Media Forumu çərçivəsində "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" mövzusunda panel sessiyası keçirilib.

APA-nın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, paneldə çıxış edən İordaniya Haşimilər Krallığının Kommunikasiya Nazirliyinin Baş katibi Zaid Al Nawaiseh Şuşa Qlobal Media Forumunun beynəlxalq əməkdaşlıq və təcrübə mübadiləsi baxımından mühüm platforma olduğunu bildirib.

O qeyd edib ki, əvvəllər əsas problem informasiyaya çıxışın məhdud olması idisə, bu gün informasiya əlçatandır: “Əvvəllər əsas sual məlumatın əlçatan olub-olmaması idi. Bu gün isə əsas məsələ məlumatın etibarlı olub-olmamasıdır. Etimad etibarlılıq, şəffaflıq və auditoriyanın məlumatı düzgün dəyərləndirmək bacarığından asılıdır. Süni intellekt sürətlə inkişaf edir və daim yeni imkanlar yaradır. Buna görə də bu sahədə daha diqqətli olmalıyıq”.

Paneldə çıxış edən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibinin müavini Zhang Ling isə bildirib ki, beynəlxalq medianın rolu qlobal informasiya mühitində böyük əhəmiyyət daşıyır.

O vurğulayıb ki, ictimaiyyətin operativ və düzgün məlumatlandırılması, həmçinin hadisələrə vaxtında və dəqiq reaksiya verilməsi etimadın formalaşmasında əsas amillərdəndir.

Panel sessiyası müzakirələrlə davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 192

Oxşar yazılar