Abşeronda qəbiristanlıqdan oğurluqlar edən həbs olunub.
Lent.az-ın xəbərinə görə, hadisələr Mehdiabad qəsəbəsində yerləşən qəbiristanlıqda baş verib.
26 yaşlı Laçın rayon sakini Məqsəd Gözəlov (şərti adla) qadınların məzarlarından ümumi dəyəri 400 manat olan 4 ədəd mərmər güldan oğurlayıb. Bundan əlavə o, supermarketlərin birindən 25 manatlıq “RedBull” talayıb.
Faktlarla bağlı Məqsəd Gözəlov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində inzibati protokol tərtib olunub.
Məqsəd ifadəsində əməlindən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini deyib.
Məhkəmənin qərarı ilə M. Gözəlov 25 gün müddətinə inzibati qaydada həbs edilib.