Azərbaycana gətirilən bəzi yağlarda təhlükəli maddə  aşkarlandı - XƏBƏRDARLIQ
13 avqust 2026 18:05 (UTC +04:00)

Azərbaycana gətirilən bəzi yağlarda təhlükəli maddə aşkarlandı - XƏBƏRDARLIQ

0

Nəzarət tədbirləri çərçivəsində bir sıra xarici ölkə istehsalçılarına məxsus bitki yağı məhsullarında uyğunsuzluqlar aşkar edilib.

AQTA-dan Lent.az-a verilən xəbərə görə, laborator müayinələr nəticəsində təqdim olunan yağ nümunələrində insan sağlamlığı üçün təhlükə yarada bilən emal çirkləndiricisi–  3-MCPD(3-monoxlorpropan1,2-diol ) tapılıb.

Aşkarlanmış uyğunsuzluqlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. O cümlədən, bir sıra ölkələrin müəyyən istehsalçılarına məxsus bitki yağı məhsullarının ölkə ərazisinə idxalına məhdudiyyətlər tətbiq edilib.

AQTA bitki və palma yağlarının idxalı ilə məşğul olan sahibkarlıq subyektlərini məhsulların təhlükəsizlik göstəricilərinə və idxal zamanı müəyyən edilmiş qida təhlükəsizliyi tələblərinə ciddi əməl etməyə çağırır. Nəzarəti tədbirləri davam etdirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar