Tovuzda sel körpünü dağıtdı , kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi
14 avqust 2026 00:34 (UTC +04:00)

Tovuzda sel körpünü dağıtdı, kəndin rayon mərkəzi ilə əlaqəsi kəsildi

0

Tovuzda güclü yağışdan sonra gələn sel fəsadlar törədib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Güclü sel Zəyəm çayının üzərində yerləşən avtomobil körpüsünü dağıdıb.

Nəticədə İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

İlkin məlumata görə, selin körpünü dağıtması zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, bu gün yağan güclü yağışdan sonra Zəyəm çayında selin səviyyəsi kəskin yüksəlib. Hazırda qərb bölgəsinin ucqar rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 182

Oxşar yazılar