“Qalatasaray” bu hücumçu   üçün 45 milyon  təklif etdi
13 avqust 2026 18:02 (UTC +04:00)

“Qalatasaray” bu hücumçu üçün 45 milyon təklif etdi

0

“Qalatasaray” “Arsenal”ın hücumçusu Qabriel Martinellinin transferi üçün təklif göndərib.

Lent.az xəbər verir ki, Türkiyə klubunun təklifi təxminən 45 milyon avro təşkil edir. 25 yaşlı braziliyalı futbolçunun “Arsenal”la müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir. Klubun müqaviləni daha 12 ay uzatmaq hüququ da var.

Hələlik Martinellinin Türkiyə klubuna keçməyə razı olub-olmayacağı məlum deyil. Çünki şəxsi müqavilənin şərtləri ilə bağlı danışıqlar hələ aparılmayıb.

Martinelli 2019-cu ilin iyulundan “Arsenal”da çıxış edir. O, 2025/26 mövsümündə bütün turnirlərdə 53 oyuna çıxıb, 11 qol vurub və 5 məhsuldar ötürmə edib.

“Transfermarkt” Braziliya millisinin futbolçusunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar