Perseid meteor yağışı 13 avqustda maksimum mərhələsinə çatır və bu il onun müşahidəsi üçün xüsusilə əlverişli şərait yaranıb.
Lent.az xəbər verir ki, bu barədə Astronomy.com məlumat yayıb.
Meteor yağışının pik mərhələsi yeni Ay dövrünə təsadüf etdiyindən səma adi vaxtdan daha qaranlıq olacaq. Bu isə zəif işıqlı meteorların da görünməsinə imkan verəcək. Mütəxəssislər şəhər işıqlarından uzaq ərazilərə getməyi və gecə yarısından sonra səmaya baxmağı tövsiyə edirlər.
Perseidlər hər il iyul və avqust aylarında müşahidə olunur və onların ən aktiv dövründə saat ərzində çoxsaylı meteor görmək mümkündür.