Narkotik vasitəni ölkə ərazisinə keçirməyə cəhd göstərən şəxs saxlanılıb.
Dövlət Sərhəd Xidmətindən Lent.az-a bildirilib ki, hadisə “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində baş verib.
Əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 7 kiloqram 490 qram narkotik vasitə marixuana və 1810 ədəd psixotrop tərkibli Metadon M-40 həbini qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirməyə cəhd göstərən İran vətəndaşı 51 yaşlı Ağapur Hüseyn Novruz saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.