Yaponiyadakı qütb ayısı balası yol konuslarına olan qeyri-adi marağı ilə sosial şəbəkələrdə viral olub.
Lent.az xəbər verir ki, bu barədə Hindustan Times məlumat yayıb.
Oqa akvariumunda yaşayan balaca ayının qırmızı yol konusları ilə oynaması ziyarətçilər tərəfindən lentə alınıb. Ayı konusları burnu ilə itələyir, qucaqlayır və onlarla oynayır.
Görüntülər internetdə yayıldıqdan sonra istifadəçilər heyvanın qeyri-adi “oyuncağına” böyük maraq göstəriblər. Akvariumdakı əməkdaşlar isə onun bu əşyalara xüsusi marağının olduğunu bildirirlər.