Güclü leysan  yağacaq, çaylardan sel   keçəcək - XƏBƏRDARLIQ
13 avqust 2026 15:06 (UTC +04:00)

Güclü leysan yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

0

Qeyri-sabit hava avqustun 17-nə qədər davam edəcək.

Lent.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava şəraitinin avqustun 17-dək davam edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, avqustun 14-ü və 15-i gecə və səhər əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar