Yeni Zelandiyada körpələrə siqaret adı qoymaq yasaqlanıb
02 may 2013 06:46 (UTC +04:00)

Yeni Zelandiyada körpələrə siqaret adı qoymaq yasaqlanıb

Yeni Zelandiyada uşaqlara qoyulan yasaqlanmış rəsmi adlar siyahısı hazırlanıb.

 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, bu siyahıya 77 həddindən artıq əcaib adlar daxil edilib.

 

Mütəxəssislər hesab edir ki, həmin adların körpələr verilməsi gələcəkdə onların psixikasına ciddi mənfi təsir göstərə bilər.

 

Həmin siyahıya daxil olan və yeni zelandiyalıların öz övladlarına vermək istədiyi adlardan örnəklər: «V8» (8 silindrli mühərrikin markası), «Anal», «nöqtə», «4 Real» («Forial», yaxud «Həqiqətuğrunda»), «Mafia No Fear» («Mafiya qorxulu deyil»),habelə «2nd» («İkinci»), «3rd» («Üçüncü) və ya «5th»(«Beşinci»).

 

Bundan başqa uşaqlara «Kral», «Hersoq» və «Şahzadə» adları da verilə bilməz  Kraliça Viktoriyanın da adı «qara siyahıya» düşüb.

 

Bu siyahı Yeni Zelandiyada baş vermiş bir nçə məhkəmə prosesindən sonra tərtib olunub. 2008-ci ildə ata-ana doğulduğu yerlə əlaqədar olaraq, 9 yaşlı qızı məhkəmə vasitəsi ilə «Talula Does The Hula From Hawaii» («Talula Havayın hula rəqsi»)

adlandırmaq istəyib.

 

Başqa bir cütlük isə körpəyə «Number 16 Bus Shelter» («16 saylı avtobusun marşrutunun dayanacağı») adını verməyə çalışıb.

 

Ailə başçısı əkiz övladlarına tanınmış siqaret markasının adını vermək qərarına gəlib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 769
avatar

Oxşar yazılar