Türkiyə İqtisadi və ictimai araşdırma mərkəzi illik sorğunun nəticələrini yayıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, sorğunun keçirilməsində məqsəd Yaxın Şərqdə Türkiyəyə münasibət öəryənmək olub.
Məlum olub ki, Suriya və Misirdə keçirilən sorğuda respondentlərin 38 faizi Türkiyəyə dost münasibəti bəsləyir. 2011-ci ildə bu rəqəm 86 faiz, 2012-ci ildə isə 80 faiz olub.
Suriyada da nəticə yarıbayarı azalıb. 2011-ci ildə rəyi soruşulanların 44 faizi,2012-ci ildə 28, bu il isə 22 faizi Türkiyəyə dost olduqlarını bildirib.
Ancaq liviyalıların 90 faizi, tunislilərin 88, fələstinlilərin 86 faizi, körfəz dövlətlərinin 80 faizi, Səudiyyə Ərəbistanı krallığı təbəələrinin 79 faizi, İranda rəyi soruşulanların 78 faizi Türkiyənin dost olduğunu vurğulayıblar.