Türkiyə ilə Yaponiya hakimiyyətləri arasında böyük Atom Elektrik Stansiyasının (AES) tikintisinə dair müqavilə imzalanıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, stansiya Türkiyənin Qara dəniz sahilində tikiləcək.
Anakarada baş nazir Rəcəb Taib Ərdoğanla Yaponiyanın hökumət başçısı Sindzo Abenin imzaladığı bu sənədə əsasən, AES–in tikintisi yapon-fransız konsorsiumuna həvalə olunacaq.
Türkiyə seysmik cəhətdən həssas olduğundan layihə ətrafında mübahislər yaranıb. Ancaq, baş nazir Ərdoğan əmin edib ki, Yaponiya şirkətləri belə şəraitdə AES tikintis ilə bağlı böyük təcrübəyə malikdirlər.
Rəsmi Ankara ümid edir ki, bu, ölkənin təbii qaz və neft idxalından asılılığının azalmasına səbəb olacaq.