Yaponiyanın baş naziri avtoqəzya düşüb
28 aprel 2013 00:33 (UTC +04:00)

Yaponiyanın baş naziri avtoqəzya düşüb

Yaponiyanın baş naziri Sindzo Abe Tokionun mərkəzində elə ciddi sayılmayan avtoqəzaya uğrayıb.

 

Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, yol –nəqliyyat qəzasında 5 avtomobil, o cümlədən baş naziri və onun cangüdənlərinin maşınları da iştirak edib.

 

Məlumata əsasən, qəzanın baş verməsinə səbəb kimi avtomatik şlaqbaumun nasazlığı göstərilib. Baş nazirin mindiyi avtomobil maşın karvanının ortasında olub. Hökumət başçısı xəsarət almayıb. Cangüdənlərdən ikisi yüngül yaralanıb

# 548
avatar

Oxşar yazılar