Yaponiyanı 6,9 ballıq zəlzələ silkələyib
04 sentyabr 2013 07:04 (UTC +04:00)

Yaponiyanı 6,9 ballıq zəlzələ silkələyib

Tokionun cənubunda Sakit okeanda 6,9 bal gücündə zəlzələ olub. Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, təbii fəlakət qəza vəziyyətin olan «Fukusima» Atom Elektrik stansiyasına əlavə zədə vurmayıb.

 

Təkanlar geniş ərazini, o cümlədən Fukusima prefekturasını əhatə edib.

 

 


Zəlzələnin episentri Yaponiya paytaxtından 600 km aralı Torisima adası yaxınlığında  olub. Yeraltı təkanlar 400 km dərinlikdə baş verib.

 

Alimlər sunami təhlükəsinin olmadığını bildirib.

 

 Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 616
avatar

Oxşar yazılar