Yaponiya AES-də yenidən qəza təhlükəsi
05 avqust 2013 23:21 (UTC +04:00)

Yaponiya AES-də yenidən qəza təhlükəsi

Yaponiya hökuməti bildirib ki, «Fukusima» Atom Elektrik Stansiyasında (AES) yeraltı sularda radioaktiv maddələrin toplanması üzündə qəza baş verib.  

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, mühəndislər  AES-in reaktorlarını soyutmaq üçün nəzərdə tutulan yerdən suyu çıxarmaq məqsədi ilə iri  yeraltı baryer tikiblər. Bununla belə radioaktiv suyun miqdarı çox tez artır və bu partlama təhlükəsi yaradır.

 

AES-i mindən çox nəhəng belə anbarlar əhatə edib. Məlumata əsasən, həmin su baryerləri də dolub.

 

2011-ci ilin yazında sunami və zəlzələ nəticəsində «Fukusima-1» AES ağır zədələnmişdi. Onda stansiyanın soyutma sistemi də ciddi ziyan dəymişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 440
avatar

Oxşar yazılar