Yanukoviç Timoşekonun əfvindən danışıb
11 aprel 2013 21:09 (UTC +04:00)

Yanukoviç Timoşekonun əfvindən danışıb

Ukrayna prezidenti Viktor Yanukoviç məhbus, keçmiş baş nazir Yuliya Timoşenkonun bağışlanılmasına münasibət bildirib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, deyib ki, keçmiş hökumət başçısına qarşı bütün məhkəmə prosesləri başa çatdıqdan sonra bu məsələyə baxmaq olar.

 

«Hələ ki məhkəmə prosesi başa çatmayıb. Məhkəmə nə qədər tez başa çatarsa, əfv məsələsinə bir o qədər tez baxamaq olar» -deyə, Yanukoviç Nikolayevdə keçirdiyi brifinqdə bildirib.

 

Xatırladaq ki, prezident aprelin 7-də keçmiş daxili işlər naziri Yuri Lutsenko da daxil olmaqla 6 nəfəri bağışlayıb. 

# 748
avatar

Oxşar yazılar