Ukrayna prezident administrasiyasının başçısı Sergey Levoçkin istefası ilə bağlı müraciət imzalayıb.
Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, ölkə prezidenti Viktor Yanukoviç onun ərizəsini təsdiqləməyib.
S.Levoçkin noyabrın 30-da Kiyevdə «Avromeydan»dakı etiraz aksiyası dağıdıldıqdan sonra istefa ərizəsi yazıb.
«Noyabrın 30-da istefa ərizəsi yazmışdım. Ancaq o, təsdiqlənməyib. Hazırda vəziyyətin dinc yolla həlli üzərində işləmək başlıca vəzifəmdir» -deyə, prezident aparatının başçısı bildirib.
Onun sözlərinə görə, prezident işdən çıxması ilə bağlı ərizəsinə ölkədə vəziyyət normallaşandan sonra baxacaq.