Ukrayna prezidenti Viktor Yanukoviç Kiyevdə «Avromaydan»ın dağıdılmasına münasibət bildirib.
Lent.az-ın «gazeta.ru»-ya istinadən məlumatına görə, bu haqda «UNİAN» xəbər yayıb.
Ölkə başçısı deyib: «Ötən gecə Müstəqillik Maydanında baş verənlər məni hiddətləndirib. İnsanların əzab çəkməsinə səbəb olan bu qarşıdurmanı mühakimə edirəm.
Baş prokurordan tələb edirəm ki, mənə və ölkə ictimaiyyətinə hadisələrin nəticələrinin araşdırılması və günahkarların cəzalandırılması barədə təcili məlumatlandırsın».
V.Yanukoviç müraciətində Ukrayna üçün Avropanı seçdiklərini vurğulayıb.