Ukrayna prezidenti Viktor Yanukoviç parlamenti avropasevər islahatlara çağırıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, ilk növbədə məhkəmə sistemi və hüquq-mühafizə orqanlarında islahatlar aparılması, habelə korrupsiyaya qarşı mübarizə sahəsində qanun layihələri hazırlamağı istəyib.
Yanukoviç qeyd edib ki, bu sənədlər «Böyük 20»-lər ölkələrinin Vilnüs sammitində Ukraynanın uğuru üçün lazımdır.
Zirvə toplantısında Ukrayna ilə Avropa Birliyi arasında assosiativ saziş və azad ticarət müqaviləsinin imzalanacağı gözlənilir.
Rəsmi Moskva qəti olaraq, buna qarşı çıxır.Rusiyanın baş naziri Dimitri Medvedev bu günlərdə Ukraynaya Rusiya, Qazaxıstan və Belarusun daxil olduğu birgə gömrük ittifaqı ilə Avropa Birliyi arasında seçim etməyi təklif edib.