ABŞ-ın keəmiş prezidenti böyük Corc Buş saçının daz qırxdırıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bununla o, mühafizəçilərindən birinin xərçəng xəstəliyindən əziyyət çəkən iki yaşlı oğlunu dəstəklədiyini ifadə edib.
ABŞ Məxfi Xidmətin əməkdaşının iki yaşlı oğlu Patrik leykemiyadan xəstəliyindən əziyyət çəkir. Kimyəvi terapiya onun saçını töküb.
Xidmətin taqımının 30 əməkdaşı saçını tam qırxdırmaqla Bblaca Patriki dəstəkləyib.
Təşəbbüs qrupu körpənin müalicəsi üçün sayt vasitəsi vəsait toplayır.
Məlumata əsasən, Buş ailəsi leykemiya ilə təxminən 60 il öncə üzləşib. Onda böyük Buşun 4 yaşlı ilk qızı bu xəstəliyin qurbanı olub.