Birləmiş Ərəb Əmirliy (BƏƏ) və Qətərin xarici işlər nazirlərinin daxil olduğu nümayəndə heyəti «Müsəlman qardaşları» Hərəkatı ali rəhbərinin müavini, hazırda həbsxanada olan Hayrat əl –Şaterlə görüşüblər.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, nümayəndə heyətinə Qətərin xarici işlər naziri Xalid bin-Məhəmməd əl–Ətiyə, BƏƏ-dən olan həmkarı Abdulla bin-Zayed əl-Nahian, ABŞ dövlət katibinin müavini Uilyam Berns, eləcə də Avropa Birliyinin diplomatları daxildir.
Aparılan danışıqların təfərrüatı barədə əlavə məlumat verilməyib.
Mənbə qeyd edib ki, devrilmiş prezident Məhəmməd Mursinin tərəfdarları və əleyhdarları ilə danışıqlar aparmaq üçün Qahirəyə bir qrup səfər edib.
Onu da xatırladaq ki, Şater Mursi hakimiyyətdə uzaqlaşdırıldıqdan bir neçə gün sonra tutulub. O, «nümayişçilərin qətlini təşkil etməkdə» ittiham olunur.