Xamneyinin müşaviri Əsədin devriləcəyi tarixi açıqlayıb
28 aprel 2013 07:27 (UTC +04:00)

Xamneyinin müşaviri Əsədin devriləcəyi tarixi açıqlayıb

İranın yüksək rütbəli hərbçisi, ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri, general Yəhya Haşim-Səfəvi Suriyadakı hakimiyyətin başçısı Bəşar Əsədin devriləcəyi günü açıqlayıb.

 

Lent.az-ın Habertürk-ə  istinadən məlumatına görə, general bildirib ki, Türkiyədə daxil olmaqla bəzi ölkələr bu ilin iyununda İranda keçiriləcək prezident seçkisindən öncə Bəşar Əsədi devirməyi planlaşdırıblar.

 

Tehranda keçirdiyi mətbuat konfransında müşavir deyib : «İranın əsas düşmənləri ABŞ və Sionistlər (İsraili nəzərdə tutur –red.), bəzi ərəb dövlətləri və Türkiyə İrandakı seçkidən öncə Suriyada hakimiyyəti dəyişmək niyyətindədir. Onlar bunun üçün böyük məbləğdə pul xərcləyib, minlərlə muzdlunu Suriyaya göndərib».

 

Səfəvi əlavə edib ki, Qətər və Səudiyyə Ərəbistanı başda olmaqla «ərəb dövlətlərindən gələcək pulların hesabına İordaniyanı da Suriyaya qarşı savaşa sürükləmək istəyirlər».

 

Qeyd edək ki, İranda 11-ci dövr prezident seçkisi iyunun 14-də keçiriləcək. 

# 1953
avatar

Oxşar yazılar