Xamneyidən Musəvi və Kərrubinin də andiçməyə qatılması istənilib 
20 iyul 2013 22:40 (UTC +04:00)

Xamneyidən Musəvi və Kərrubinin də andiçməyə qatılması istənilib 

İran hakimiyyətinə müxalif, mərhum ayətullah Həsənəli Müntəzirinin oğlu Hüseynəli Müntəziri ölkənin ali  lideri ayətullah Əli Xamneyiyə məktub yazıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, məktubunda 2009-cu ildə İranda keçirilmiş prezident seçkisindən sonra həbsə alınaraq üç ilə yaxındır ev dustaqlığında saxlanılan Mirhüseyn Musəvi və Mehdi Kərrubinin yeni prezident Həsən Ruhaninin andiçmə mərasimində iştırakına şərait yaradılmasını təklif edib.

 

Məktubda bildirilib ki, hazırda ölkədəki «siyasi və iqtisadi şəraiti, xalqın vəhdətini və həmrəyliyini yaratmaq səyləri» həmişəkindən daha çox hiss edilir: «Bütün bunlara əsaslanaraq M.Musəvi, M.Kərrubi, xanım Zəhra Rəhnəvərd (Musəvinin xanımı), ümumiyyətlə, bütün siyasi və əqidə məhbuslarının andiçmə mərasimində iştirakının təmin edilməsinə göstəriş verəsiniz».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709
avatar

Oxşar yazılar