Venesuela prezidenti Nikolas Maduro admiral Karmen Melendesi müdafiə naziri təyin edib.
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Karmen Melendes Venesuelanın ilk qadın müdafiə naziri olub.
Karmen Melendes bu təyinata qədər Prezident Administrasiyasına rəhbərlik edib və keçən ilin iyulunda Venesuela tarixində admiral rütbəsi alan ilk qadın olub.