Venesuelanın cənubunda Bolivar ştatındakı stadionda baş verən partlayış nəticəsində bir nəfər həyatını itirib, daha üç nəfər isə yaralanıb.
Lent.az-ın «RİA Novosti» -yə istinadən məlumatına görə, həlak olanın jurnalist olduğu ehtimal edilir. Yaralılar isə İdman Nazirliyinin əməkdaşlarıdır.
Yanğınsöndürənlər qeyd edib ki, bu faciəyə səbəb idman kompleksindəki yeməkxanada təbii qaz sızmasıdır.