İyulun 26-da Venesuelada Çin istehsalı olan «K8» hərbi təyyarəsi qəzaya uğrayıb.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə,olay ölkənin Suliya ştatında təlim uçuşu yerinə yetirərkən baş verib.
Qadın-pilot katapultla xilas olub. O, xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbi hələ ki məlum deyil.
Mütəxəssislər olay yerini araşdırır.
2008-ci ildə Venesuela Çindən 18 «K8» təyyarəsi aldığını elan edib. Onların 3 artıq qəzaya uğrayıb.