Venesuela müxalifətinin lideri Enrike Kapriles məhkəmə vasitəsi ilə prezident seçkilərinin nəticələrinə etiraz etməyə səy göstərir.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, müxalifət koalisiyasının təmsil edən hüquqçular məsələ ilə bağlı Ali Məhkəməyə şikayət məktubu göndəriblər.
Onlar səsvermənin nəticələrinin ləğv edilməsini tələb edib və seçki zamanı saxtakarlıqdan şikayətləniblər.
Mütəxəssislər olayların müxalifətin xeyrinə inkişaf edəcəyinə şübhəli ilə yanaşırlar. Onlar hesab edib ki, məhkəmə mərhum Uqo Çavesin tərəfdarlarının nəzarəti altındadır. Bu məhkəmə isə Nikolas Maduronun prezidentliyini elan edərək, Kaprilesini şikayətini təmin etməyib.