Venesuela : müxalifət etiraza, hakimiyyət andiçməyə hazırlaşır
16 aprel 2013 04:08 (UTC +04:00)

Venesuela : müxalifət etiraza, hakimiyyət andiçməyə hazırlaşır

Venesuelada keçirilən prezident seçkisində müxalifətin namizədi olmuş Enrike Kapriles Milli Seçki Şurasını Nikolas Maduronun prezident elan eməməyə çağırıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o,bildirib ki, Madruonun qələbəsi rəsmi şəkildə elan olunarsa, onda etiraz aksiyaları keçirməyə hazırlaşacaqlar.

 

Müxalifət təmsilçisinin sözlərinə görə, əgər səslərin yenidən sayılması elan olunmazsa, o zaman aprelin 16-da ümummilli etar yürüşü keçirəcəklər.

 

Aprelin 15-də Kapriles səsvermə zamanı 300 min qanun pozuntusunu olduğunu bildirib.

 

Kaprielsin 49,1 faizi qarşılığında səslərin 50, 7 faizini qazanmış Madruo isə nəticələrə hörmətlə yanaşmağa çağırıb.

 

Vensuela Milli Seçki Şurası isə bildirib ki, aprelin 14-də elan etdikləri nəticə dəyişməzdir. 

# 320
avatar

Oxşar yazılar